Bu gün Peşəkar Futbol Liqasının (PFL) ümumi yığıncağı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə futbol qurumu özü məlumat yayıb.
Tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə PFL-in prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində Peşəkar Futbol Liqasının idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:
Elxan Səmədov - PFL prezidenti
Məlik Həsənov - İdman işləri üzrə müşavir
Aslan Şahgəldiyev - Vitse-prezident
Zaur Hacı-Məhərrəmov - İcraçı direktor
Elgiz Abbasov - Texniki-idman direktoru
Sənan Abdullayev - Media və marketinq direktoru