Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Emin Əfəndidən “Neftçi”nin himn məsələsinə REAKSİYA - YENİLƏNİB + FOTO
“Neftçi”nin Mətbuat Xidməti Xalq artisti Miri Yusifin klub üçün səsləndirdiyi himnin bəyənilməməsi iddiası ilə bağlı daha bir açıqlama verib.
Xidmətin rəhbəri Emin Əfəndi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mahnı il yarım əvvəl sifariş olunub:
“Həmin vaxt mən prodüser kimi çalışırdım və “Neftçi”dən gələn sifarişi qəbul etdik. Orada himnin bəyənilib-bəyənilməməsi söhbəti yoxdur. Hələlik himn ortalığa çıxmayıb. Yəni, bu məsələ mənim hazırda klubda mətbuat xidməti rəhbəri kimi işləməyimlə əlaqəli deyil”.
E.Əfəndi bildirib ki, “Neftçi”nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat səhvdir:
“Orada sözləri yazan, aranjimançı və digər şəxslərin də ödənişi var axı. Bizə çatan məbləğ mətbuatda səsləndiriləndən iki-üç dəfə az idi”.
İlhamə Əbülfət
16:09
“Neftçi” Xalq artisti Miri Yusiflə klub arasında olan əməkdaşlığa münasibət bildirib.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, bu əməkdaşlıq 2022-ci ildə klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub.
“Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib”, - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, mətbuatda “Neftçi”nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat yayılıb.
15:32
“Neftçi” komandadan incik düşən azarkeşlərin könlünü almaq üçün himn yazdırmaq qərarına gəlib.
Pressing.az-a daxil olan məlumata görə, ilk olaraq bununla bağlı şou-biznesin içində olan, eyni zamanda prodüser kimi fəaliyyət göstərən “Neftçi”nin Mətbuat Xidmətinin rəhbəri Emin Əfəndiyə müvafiq tapşırıq verilib.
Bu sifariş əsasında paytaxt təmsilçisi üçün yeni himn yazılıb. Lakin ortaya qoyulan iş klub rəhbərliyi tərəfindən bəyənilməyib.
Emin Əfəndi isə məhsul bəyənilməsə belə, ərsəyə gətirilən iş üçün Xalq artistinə ödəniş edilməsinin zəruriliyini rəhbərliyin nəzərinə çatdırıb.
Bundan sonra “Neftçi” 21 480 manat pulu şou-biznes nümayəndəsinin hesabına köçürüb.
Rəylər