Emireyts Kubokunun final görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, Londonun eyniadlı futbol arenasında İngiltərənin "Arsenal" klubu ilə İspaniyanın "Atletik Bilbao" komandası mükafat uğrunda mübarizə aparıblar.
Doğma azarkeşləri qarşısında çıxış edən "topçular" rəqibə şans verməyiblər - 3:0.
Qolları 34-cü dəqiqədə Qyökereş, 36-cı dəqiqədə Saka və 82-ci dəqiqədə Haverts vurublar.
Final fitindən sonra komandalar simvolik penaltilər seriyasını yerinə yetirib və burada da "Arsenal" daha dəqiq olub - 6:5.
Bu gün Emireyts Kubokunun final görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərənin "Arsenal" klubu ilə İspaniyanın "Atletik Bilbao" klubu mükafat uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
9 avqust
Emireyts Kuboku
Final
Saat 20:00, "Arsenal" - "Atletik Bilbao".