Avropa çempionatının B qrupunun Finlandiya ilə oyununda huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksen xəstəxanadan ilk fotosunu paylaşıb.
29 yaşlı yarımmüdafiəçi öz “Instagram” səhifəsində paylaşdığı fotoya şərh yazaraq qeyd edib ki, özünü yaxşı hiss edir.
“Hər kəsə salam. Dünyanın dörd bir yerindən gələn inanılmaz dəstək mesajlarına görə hamınıza təşəkkür edirəm. Hamısı mənim və ailəm üçün çox dəyərlidir. Xəstəxanada bir sıra müayinələrdən keçməliyəm. Ancaq özümü yaxşı hiss edirəm. Qarşıdakı oyunlarda komanda yoldaşlarımı dəstəkləyəcəyəm. Bütün Danimarka üçün oynayın”, - Eriksen qeyd edib.
View this post on Instagram
"Finlandiya" teqi üzrə xəbərlər
- Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"
- "Google" Finlandiyada canavarların kəndə doluşmasında ittiham edildi
- Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
- Finlandiya prezidentindən uğursuz zarafat: İspaniya kralı qarşısında çətin vəziyyətdə qaldı
- BMT-də maraqlı anlar: Zelenskinin Stubbun telefonuna reaksiyası diqqət çəkdi - VİDEO
Digər xəbərlər