Norveç millisinin DÇ-2026-nın 1/4 finalında İngiltərəyə 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmasından sonra Erlinq Holandın atası Alfi Holand sosial şəbəkədə maraqlı müzakirəyə səbəb olub.
Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, Alfi Holand məğlubiyyəti hakimin qərarları ilə əlaqələndirib.
Britaniyalı jurnalist Henri Uinter matçın gedişatını şərh edərək İngiltərə yığmasının oyunçusu Cude Bellinqemin performansı haqqında "X" sosial şəbəkəsində yazıb:
"Edeqor oyunu idarə etməyə başladı. "İngiltərə evinə dönür", - norveçli azarkeşlər oxuyurdular. Bellinqem isə bunun baş verməyəcəyinə qərar verir. Təşəbbüsü və məsuliyyəti üzərinə götürür, şans yaradır və ondan istifadə edir. Necə də möhtəşəm oyunçudur. Son 35 ildə İngiltərə yığmasının oyunlarını işıqlandıran biri kimi gördüyüm ən yaxşı şeydir".
Alfi Holand isə jurnalistin bu paylaşımına sərt reaksiya verib: "Ciddi deyirsiniz? Sizi hakim xilas etdi. Ümid edirəm ki, dünya çempionatını siz qazanarsınız. Amma məndə elə bir hiss var ki, bu gün haqqımız tapdalandı".