Neftçala rayonunun Bankə (əvvəlki adı ilə Züd-Ost Qoltuq) qəsəbəsində yerləşən XIX əsrə aid kilsə bölgənin əhəmiyyətli tarixi-memarlıq nümunələrindən biridir.
Oxu.Az Photostock.az-a istinadən xəbər verir ki, vaxtilə burada yaşayan xristian icmasının ibadət yeri kimi fəaliyyət göstərən tikili sadə memarlıq üslubu ilə seçilir.

Bu kilsə qəsəbənin keçmişindən və bölgədəki çoxmədəniyyətli yaşayış tarixindən xəbər verən abidələr sırasında yer alır. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Neftçalada yerləşən XIX əsrə aid kilsədən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az