Rusiyanın U-17 millisinin erməniəsili futbolçusu David Kazaryan Bakıda meydana çıxıb.
Oxu.Az futbolxeber.az-a istinadən məlumatına görə, bu, Rusiyanın U-17 millimizə qarşı Bakıda keçirdiyi yoldaşlıq matçında baş verib.
Rusiya pasportuna sahib olan D.Kazaryan qarşılaşmanın ikinci hissəsində oyuna daxil olub.
Qeyd edək ki, Azərbaycan - Rusiya matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.