Dünən Bakıda Azərbaycan və Rusiyanın gənclərdən (U-17) ibarət yığma komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, “Əlincə” stadionunda keçirilən oyunda 2:1 hesabı ilə Rusiya yığması qalib gəlib. 42-ci dəqiqədə Oruc İsmayılovun vurduğu qola rusiyalılar Artem Qalacanın 49-cu və 60-cı dəqiqədə vurduğu iki qolu ilə cavab veriblər.
Rusiya yığmasının tərkibində erməni əsilli futbolçu David Kazaryan meydana çıxıb. O, komanda yoldaşını 60-cı dəqiqədə əvəz edib.
Azərbaycan və Rusiya yığmaları arasında ikinci görüş sabah saat 19:00-da “Bakcell Arena”da keçiriləcək.
F.H.
www.oxu.az