Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Erməni şahmatçı: Vüqar Həşimovu itirmək çox ağırdır – Video
Beynəlxalq turnirdə Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsinin anılması ilə başlayıb.
Oxu.Az-ın virtualaz.org-a istinadla verdiyi xəbərə görə, bu gün başlayan Veyk-an-Zee beynəlxalq şahmat turniri 1 dəqiqəlik sükutla başlayıb.
Ermənistanlı şahmatçı Levon Aronyan 27 yaşında vəfat edən Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb.
L.Aronyan V.Həşimovun vəfatından danışarkən bunları deyib:
“Vüqarın ölümünə çox üzüldüm, elə bir oyunçunu itirmək ağırdır, çox güclü şahmatçı idi, təəssüf, çox üzgünəm. Hər kəs bir gün ölür, amma gənc adamın, həm də belə adamın ölməsi çox ağırdır”.
Qeyd edək ki, Veyk-an-Zee turniri ən qədim və ən güclü şahmat turnirlərindən biridir. Bu yarış 1937-ci ildən başlayaraq hər il keçirilir.
