Beynəlxalq Şahmat Federasiyası (FİDE) azərbaycanlı şahmat ustası, qrossmeyster Vüqar Həşimovun vəfatı ilə bağlı başsağlığı verib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, başsağlığı şahmatçının fotoları ilə birgə federasiyanın rəsmi saytında yerləşdirilib.
Başsağlığı mətnində belə deyilir:
“Böyük şahmatçı Vüqar Həşimovun ölümü haqqında xəbəri eşitmək çox ağırdır. FİDE qrosmeystın yaxınlarına və Azərbaycan Şahmat Federasiyasına dərin hüznlə başsağlığı verir”.