Ermənistanın güləş üzrə milli komandaları Bakıda keçiriləcək U-17 dünya çempionatına qatılacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U-17 dünya çempionatında Ermənistanın həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə komandaları yer alacaqlar.
Sərbəst güləş üzrə komandada altı güləşçi, yunan-Roma güləşi üzrə komandada 10 güləşçi yarışda qüvvəsini sınayacaq.
Qaynar xətt:
(055) 224 12 12