Oxu.Az Euronews telekanalının “Bakıda Birinci Avropa Oyunları: idman tarixində yeni səhifədir” süjetini Sizə təqdim edir.
Həvəskar boks üzrə yüngül çəkili dünya çempionu Cavid Çələbiyev öz arzusunu həyata keçirməyə hazırlaşır. İyun ayının 12-dən 28-nə kimi Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Və gənc boksçu hər bir məşqin, məşqçisi ilə təkmilləşdirdiyi hər bir zərbə kombinasiyasının onu Birinci Avropa Oyunlarında çempion olmağa yaxınlaşdırdığına inanır.
Cavid Çələbiyev:
“Bu qəbildən olan yarışlar ciddi psixoloji hazırlıq tələb edir. Təcrübə çox vacibdir. Mən boks üzrə dünya çempionatında qələbə qazanmışam. Düşünürəm ki, bu keyfiyyətlər məndə var, ona görə də qarşıdan gələn Avropa Oyunlarında qələbəyə hazıram”.
Avropa Oyunları Avropa Olimpiya Komitəsi rəhbərliyi altında təşkil edilir və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Afrika, Sakit Okean hövzəsi, Pan-Amerika Oyunları kimi qitə multiidman yarışları səviyyəsində tanınır.
“Bakı 2015” Əməliyyat Komitəsinin idman direktoru Pirs O`Kallaqan:
“İlkin siyahılara müvafiq olaraq Oyunlarda 20 idman növü üzrə 100 olimpiya çempionu iştirak edir. Avropa Oyunlarında 12 idman növü üzrə yarışlar Ria-de-Janeyroda keçiriləcək olimpiadaya təsnifatdır. Bu isə o deməkdir ki, Bakıya Avropanın ən yaxşı idmançıları gəlməlidir”.
Avropa Oyunlarının hazırlığına təşkilatçıların cəmi iki il yarım vaxtı var idi. Son günlərin gərginliyini “Bakı-2015” Əməliyyat komitəsinin sədri Saymon Kleqqin, açılış mərasiminə iki həftədən az qalan bir müddətdə özünü nə dərəcədə sakit hiss etməsi barədə suala cavab verərkən üzündəki əsəbi gülüşündən hiss etmək mümkündür.
Avropa Oyunlarına hazırlıqlarla bağlı “Bakı-2015” Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq, idman direktoru Pirs O`Kallahan, açılış mərasiminin rejissoru, yunanıstanlı Dimitris Papaianu, BEGOC-un Bilet Satışı üzrə direktoru Miryam Boqatay öz fikirləri yer alır.
Süjetdə Bakı şəhərinin 2,5 il ərzində Oyunları qəbul etməyə tam hazır olması xüsusi ilə qeyd edilir.