Azərbaycan prezidenti İlham Əliyev Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteni milli bayram münasibətilə təbrik edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:
“Danimarka Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.