Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Everton" - "Liverpul" oyunu təxirə salınıb
İngiltərə çempionatının 15-ci turunun dekabrın 7-də "Qudison Park"da keçiriləcək "Everton" - "Liverpul" oyunu təxirə salınıb.
Oxu.Az-ın Sport24.ru-ya istinadən xəbərinə görə, bu barədə hər iki klubun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, bu qərar pis hava şəraiti ilə əlaqəli olub. Böyük Britaniya güclü külək və leysan yağışı ilə müşayiət olunan "Darraq" fırtınası ilə üzləşib. Meteoroloqlar ağacların yıxılması və dağıntıların havada uçması kimi təhlükələr barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının turnir cədvəlinə 35 xalla "Liverpul" başçılıq edir. "Everton" 14 xalla 15-ci yerdədir.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- "Everton" klubunun yeni baş məşqçisinin adı məlum olub
- "Tottenhem" ulduz futbolçunun müqaviləsini bir il müddətinə uzadıb
- "Bornmut" klubunun futbolçusu ayağı sındığı üçün mövsümü başa vurub
- "Nottingem Forest" İngiltərə Premyer Liqasında mövsümün rekorduna imza atıb
- "Liverpul" - "Mançester Yunayted" oyununda qalib müəyyənləşmədi
Rəylər