Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Darxan Kıdırali: "Birlikdə TÜRKPA-nın milli komissiyalarında modul qanunlar yaradırıq"
"Azərbaycan Milli Məclisi Vətən müharibəsində xalqı birliyə dəvət edərək, milli simasını göstərdi, dövlətin ərazi bütövlüyünü təmin etməsinə töhfə verdi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali deyib.
O bildirib ki, Azərbaycan və Qazaxıstan arasında dövlətlər səviyyəsində diplomatik münasibətlər artdığı kimi, parlamentlərin də əməkdaşlığı güclənir:
"Bizim müxtəlif ortaq təşkilatlarımız var. Birlikdə TÜRKPA-nın milli komissiyalarında modul qanunlar yaradırıq. Dostluq qruplarımız çox aktiv fəaliyyət göstərirlər. COP29 kimi böyük tədbiri uğurla başa vuran Azərbaycanı təkrar təbrik edirəm və uğurlarına sevindiyimizi bildirirəm".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb - Rəsmi CAVAB
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"
- Bəzi şəxslərin peşə məktəblərindəki təhsil haqqlarını dövlət ödəyəcək
- Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi qaldırılır