Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyəli deputat: "Ermənistan öz konstitusiyasını dəyişməlidir"
"Şuşa Bəyannaməsindən sonra müttəfiqliyi daha da irəli aparmaq üçün TBMM və Azərbaycan Milli Məclisi arasında əlaqələrin gücləndirilməsinə ehtiyac var idi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan parlamentində Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupu yaradıldı:
"Bu, mütərəqqi və Şimali Kiprin Azərbaycan tərəfindən tanınmasına doğru ilk addım idi".
Türkiyəli deputat əlavə edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir:
"Bütün region dövlətləri buna müsbət yanaşmalıdırlar. Ermənistan da öz konstitusiyasını dəyişməlidir. Sülhün imzalanması üçün Minsk qrupunun ləğvi də vacibdir. Fransa kimi dövlətlər isə Ermənistanı ruhlandıran, Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdırlar".
Mərahim Nəsib
"Şamil Ayrım" teqi üzrə xəbərlər
- Şamil Ayrım: "Məqsəd odur ki, Qərbi azərbaycanlılar öz torpaqlarına ləyaqətlə qayıtsınlar"
- Şamil Ayrım: "COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçiddə nümunəvi ölkə olmasına töhfə verəcək"
- İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib
- Şamil Ayrım: "Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur"