"Mədəni irsin yox edilməsi bir xalqa yox, bütün insanlığa qarşı törədilmiş cinayətdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, sülh quruculuğunun əsas istiqamətlərindən biri də mədəni irsin bərpasıdır:
"Sülh yalnız silahların susması ilə əldə olunmur. Abidələrə, irsə hörmət də ən vaciblərdəndir. 30 ildən çox Qarabağ işğalda qaldı, ərazilər ziyan gördü, abidələr dağıdıldı.
Torpaqlar işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin səyləri nəticəsində məcburi köçkünlər geri qayıdır. Bu gün Azərbaycanın Qarabağda göstərdiyi fəaliyyət dünya üçün nümunədir. Geridönüş yalnız fiziki deyil. İnsanların kökünə, mədəniyyətinə dönüşdür. Qərbi azərbaycanlıların dönüşü mədəni irsin bərpasından da keçir. Mədəni irs keçmişin qalığı deyil, gələcəyin təməlidir".
Aqil Vəlili