Gəncədə 17 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Yaşar Dövlətliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı P.Verdiyev saxlanılıb.
Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli