Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İran Suriyadan diplomatlarını və hərbçilərini təxliyə etməyə başlayıb?
"İranın hərbi qüvvələrinin və səfirliyinin Suriyada terror qruplarının aktivləşməsi fonunda Dəməşqdən təxliyə edilməsi barədə mediadakı məlumatlar doğru deyil".
Oxu.Az-ın məlumatına görə, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqai "Mehr" agentliyinə bildirib.
"İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin təxliyə edilməsi barədə məlumat həqiqətə uyğun deyil, səfirlik öz fəaliyyətini əvvəlki rejimdə davam etdirir", - deyə diplomat bildirib.
Bundan əvvəl "The New York Times" qəzeti regiondakı mənbələrə istinadən yazırdı ki, dekabrın 6-da İranın Dəməşqdəki səfirliyinin əməkdaşlarının bir hissəsi, onların ailələri və mülki şəxslər Suriyanı tərk etməyə başlayıblar. Bəziləri təyyarələrlə Tehrana göndərilib, digərləri isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Laziqiyyə limanına göndəriliblər.
İran Suriyadan hərbçiləri, diplomatik missiya əməkdaşlarını və onların ailələrini təxliyə etməyə başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Regional məmurlar və üç İran rəsmisinin sözlərinə görə, cümə günü İran Suriyadan öz hərbi komandanlığını və şəxsi heyətini təxliyə etməyə başlayıb", - nəşrin materialında qeyd olunur.
Təxliyənin bir hissəsi təyyarələrlə Tehrana, digər hissəsi isə quru yolla Livan, İraq və Suriyanın Latakiya limanına həyata keçirilir.
Bildirilib ki, İraq və Livana təxliyə edilənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli komandirləri, SEPAH-ın şəxsi heyəti, bəzi diplomatik missiya əməkdaşları, onların ailələri və İranın mülki əhalisi olub.
"Suriyada vəziyyət" teqi üzrə xəbərlər
- Suriya hökuməti rəsmi fotolarda Berbokun üzünü həqiqətən bağlayıb?
- Almaniya XİN başçısı ona əl uzatmayan Suriya rəhbərliyinə ultimatum verdi
- Hakan Fidan: "PKK-nın ləğvi zaman məsələsidir"
- ABŞ Suriyaya qarşı sanksiyaları yüngülləşdirməyi planlaşdırır
- Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır