Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fanatlar Libertadores Kubokunun finalına əngəl oldular - VİDEO
Argentinanın “River Pleyt” klubunun ev oyunlarını keçirdiyi stadion yerli hakimiyyət tərəfindən bağlanıb.
Oxu.Az “The Independent”ə istinadla xəbər verir ki, buna səbəb baş verən iğtişaşlar olub.
Bundan sonra hüquq mühafizə orqanları Libertadores kubokunun “River Pleyt”lə “Boka Xuniors” arasında keçirilməsi nəzərdə tutulan final matçında təhlükəsizliyi təmin etməkdən boyun qaçırıblar.
Bu isə o deməkdir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 25-də keçirilməyəcək.
Qeyd edək ki, matç ərəfəsində “River Pleyt”in fanatları “Boka Xuniors”un avtobusuna hücum ediblər. Bu zaman gözyaşardıcı qazdan da istifadə olunub.
"Argentina" teqi üzrə xəbərlər
- Argentinanın yeganə problemi açıqlandı
- Argentinanın paytaxtında izdihamlı etiraz aksiyası keçirilib
- Elçin Əmirbəyov Argentinada bir sıra rəsmi şəxslərlə görüş keçirib
- Buenos-Ayresdə pensiyaçılarla polis arasında qarşıdurma: Təxminən 150 nəfər saxlanılıb
- Argentinada Maradonanın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb