Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fatih Terimin komandası üsyan edir - Üç aydır, maaşsız qalıblar
Ötən ilin sonunda Fatih Terimin çalışdırmağa başladığı "Əş-Şəbab"ın futbolçuları etiraza qalxıblar.
Oxu.Az xəbər verir ki, Terimin yetirmələri üç aydır, maaşlarını ala bilmədiklərinə görə rəhbərliyə qarşı iddia qaldırıblar.
Yerli mətbuatda yayılan məlumata görə, komandada böyük böhran yaşanır və prezident Mohamad Almunajemin jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırır.
Digər tərəfdən, prezidentin siyasətindən razı olmayan İdarə Heyətinin bəzi üzvlərinin istefa ərizəsi verdiyi bildirilib.
Qeyd edək ki, "Əş-Şəbab" 23 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 39 xalla 6-cı pillədədir.
"Fatih Terim" teqi üzrə xəbərlər
- Fatih Terimin komandasından ardıcıl ikinci QƏLƏBƏ: Növbəti rəqib Ronaldulu "Ən-Nəsr"
- Məhkəmədən Fatih Terim haqqında qərar: Zorla gətiriləcək
- Fatih Terimin 1,7 milyonluq saatı dünya mediasında gündəmə çevrilib
- Fatih Terim yeni klubundakı işinə qələbə ilə başladı
- Viktor Nelsson Səudiyyə Ərəbistanı klubu ilə danışıqlara başlayıb
Ən çox oxunanlar