Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Simonyan Azərbaycanla münasibətlər barədə: "Yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər"
"Hər şey o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər".
Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə martın 4-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.
"Ümumiyyətlə, bizim müzakirə etdiyimiz kommunikasiyaların açılması mövzusu ətrafında çoxlu xəbərlər və müəyyən dəyişikliklər ola bilər. Məsələn, Azərbaycanın təklifinə cavabımız bu həftə ərzində verilə bilər.
Biz həmişə deyirik ki, sərhəd-nəzarət buraxılış məntəqələri qurmağa və yolları açmağa hazırıq. Bu, dayanmayan bir prosesdir. Baş nazir (Nikol Paşinyan) bu həftə bu məsələlərlə bağlı yeni açıqlama verə və ya yeni şərh bildirə bilər", - deyə Simonyan izah edib.
"Alen Simonyan" teqi üzrə xəbərlər
- Peskov: "Rusiya Azərbaycan və Ermənistanın danışıqlar prosesindəki müstəqil addımlarını alqışlayır"
- Simonyan: "Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçiliyini qəbul etsin"
- "Hamımız səhv edirik": Alen Simonyan dörd dəfə "Qarabağ" dedi
- Alen Simonyan: "Sülh müqaviləsi prosesi yerində dayanmayıb"
- Simonyan: "Delimitasiya komissiyalarının reqlamenti Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir"