Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Fənərbağça" 10 futbolçu ilə yolları ayırır
Yeni mövsümdə Türkiyə Superliqa təmsilçilərindən "Fənərbağça"nın heyətində böyük dəyişikliklər olacağı və bir çox futbolçu ilə yollarını ayıracağı gözlənilir.
Oxu.Az "TRT Spor"a istinadla xəbər verir ki, xaricdən təklif alan Yusuf Akçiçek və Dominik Livakoviçin komandadan ayrılacağı, demək olar ki, dəqiqləşib.
Müqavilələri başa çatan Duşan Tadiç, Edin Ceko və Brayt Osayi-Samuellə hələlik yeni müqavilələr imzalanmayıb.
Klub rəhbərliyi braziliyalı müdafiəçi Dieqo Karlosla da vidalaşmağı hədəfləyir.
İddialara görə, Sebastian Şimanski, Sofyan Amrabat və Fred gözləniləndən daha yüksək təklif alsalar, "sarı-lacivərdlər"lə yollarını ayıra bilərlər.
İcarəyə götürülən Filip Kostiç və Allan Sent-Maksiminin gələcəyi isə həlli bəlli deyil.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- Ali Koçun Bakı səfərinin SƏBƏBİ bəlli oldu
- "Tottenhem"in ulduzu karyerasını Türkiyə Superliqasında davam etdirə bilər
- Sebastian Şimanskini transfer etmək istəyən "Latsio" 15 milyon avro ödəməli olacaq
- "Fənərbağça" 19 yaşlı rusiyalı futbolçunu transfer etmək istəyir
- Edin Cekonun yeni komandası bəlli oldu