Avstriya NATO-ya üzv olmayacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yeni Kansler Kristian Ştoker "Euractiv" portalına müsahibəsində məlumat verib.
"NATO-ya daxil olmaq Avstriya tərəfindən nəzərdən keçirilmir", - deyə o bildirib.
Qeyd edək ki, 1955-ci ildən Avstriya Konstitusiyası ölkənin hərbi neytrallığını təsbit edib. "Euractiv"in məlumatına görə, Avropa ölkələri arasında müdafiəyə ən az pul xərcləyən Avstriyadır - ÜDM-in 1%-dən azını təşkil edir.