Uzun müddətdir "Fənərbağça" ilə "Qalatasaray"ın transfer gündəminə daxil olan Hakan Çalhanoğlu nəhayət ki, çoxdan gözlənilən açıqlamanı verib.
Oxu.Az "TGRT News"a istinadən xəbər verir ki, futbolçu "Fənər"in prezidenti Ali Koçla görüşdükdən sonra spekulyasiyalara son qoyub və azarkeşlərin maraqla gözlənilən bütün suallarını cavablandırıb.
"Milli komandanın kapitanıyam və nəzakət xatirinə Ali bəylə görüşdüm. Açığı, Türkiyədə yalnız bir komandada oynamağı arzulayıram. Mən "Qalatasaray" azarkeşiyəm. Hansı komandaya azarkeşlik etdiyim bəllidir. Hələlik isə "İnter"lə davam etmək istəyirəm", - deyə Çalhanoğlu bildirib.