Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Fənərbağça" klubu Joze Mourinyo ilə bağlı yekun qərarını verib
Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı çalışdırıcı Joze Mourinyo ilə bağlı yekun qərarını açıqlayıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-lacivərdlər" baş məşqçi ilə yola davam edəcəklərini bildiriblər.
"Fənərbağça" klubunun prezidenti Ali Koç hazırkı dönəmdə Joze Mourinyondan daha yaxşı baş məşqçi tapa bilməyəcəklərini və təcrübəli çalışdırıcı ilə yola davam etmək istədiklərini açıqlayıb.
Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça" klubunu ümumilikdə 26 oyunda meydana çıxarıb, bunlardan 15-də qələbə qazanıb, altı heç-heçə edib.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- Joze Mourinyo daha bir il "Fənərbağça"da - Müqavilə müddəti ARTIRILACAQ
- "Qalatasaray"ın çempionluq şansı azaldı - Türkiyə Superliqasının qalibi kim olacaq?
- "Fənərbağça"nın ulduz qolkiperi həbs oluna bilər
- Cenk Tosun "Fənərbağça"dan ayrılır - Uzaq Şərqə gedir
- "Fənərbağça" heyətini "Zirə"nin futbolçusu ilə gücləndirə bilər
Ən çox oxunanlar