Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Fənərbağça" klubunda prezident seçkisi keçiriləcək
Türkiyə nəhənglərindən olan "Fənərbağça" klubunda prezident seçkisi sentyabr ayında keçiriləcək.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, klub rəsmiləri bu gün bir araya gələrək prezident seçkisinin keçirilməsi qərarını qəbul ediblər.
İclasda Ali Koçun yenidən prezidentliyə namizədliyini irəli sürəcəyi də bildirilib.
Qeyd edək ki, Ali Koç 2018-ci ildən bu yana "Fənərbağça" klubunun prezidentidir.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar