"Ukrayna tərəfi danışıqlar zamanı ilk növbədə atəşkəs məsələsini müzakirə edib".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarını şərh edərkən deyib.
"Biz tərəfdaşlarımızla danışdıq və danışıqlarımızın məqsədi atəşkəs idi", - deyə o bildirib.
Umerov, həmçinin danışıqlar zamanı 1000/1000 formuluna əsasən məhbusların dəyişdirilməsi ilə bağlı da razılığın əldə olunduğunu iddia edib.