Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Roma Papası Rusiya-Ukrayna danışıqları üçün platforma kimi Vatikanı təklif etdi
Roma Papası XIV Leo Rusiya və Ukrayna arasında danışıqlar üçün Vatikanı platforma kimi təklif edib.
Oxu.Az-ın "La Stampa"ya istinadla verdiyi məlumata görə, bu barədə Vatikanın dövlət katibi kardinal Pyetro Parolin Avqustinianumdakı görüşün kuluarlarında bildirib.
O bildirib ki, İstanbulda Ukrayna ilə bağlı danışıqların uğursuzluğa düçar olması faciəli haldır:
"Biz münaqişənin sülh yolu ilə həllinə yönəlmiş yavaş, lakin ümidverici prosesin başlaya biləcəyinə inanırdıq. Təəssüf ki, indi yenidən başlanğıc nöqtəsinə qayıtmışıq", - deyə kardinal qeyd edib.
Parolin hazırkı vəziyyətin son dərəcə mürəkkəb olduğunu vurğulayıb və Roma Papası XIV Leo tərəfindən təklif edilən vasitəçilik təşəbbüsünə toxunaraq, pontifikin Vatikanın Rusiya və Ukrayna arasında birbaşa görüşlər üçün neytral məkan rolunu oynaya biləcəyini nəzərdə tutduğunu bildirib.
"Əsas məqsəd tərəflərin birbaşa dialoqa başlamasıdır. Burada söhbət sadəcə məkan məsələsindən gedir", - deyə Pyetro Parolin əlavə edib.
"Roma Papası XIV Leo" teqi üzrə xəbərlər
- Roma Papası İsrail və İranı sülhə çağırdı
- İtaliyada leykozdan ölən yeniyetmə 21-ci əsrin ilk müqəddəsi olacaq
- Papa XIV Leonun uşaqlığını keçirdiyi ev tarixə çevrilir: ABŞ-də diqqətçəkən qərar
- Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
- Pontifik XIV Leo papalıq hakimiyyətinin rəmzlərini qəbul etdi