Azərbaycanlı FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.
Oxu.Az xəbər verir ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-dək davam edəcək.
Qeyd edək ki, çempionat səkkiz komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.