Türkiyə nəhənglərindən olan "Fənərbağça" klubunun futbolçuları baş məşqçi Joze Mourinyonun istefasını tələb edirlər.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Duşan Tadiç, Edin Ceko və bir neçə futbolçu klub rəsmiləri ilə görüşərək Joze Mourinyo istefa verməyəcəyi təqdirdə klubu tərk edəcəklərini bildiriblər.
Portuqaliyalı çalışdırıcı isə, ayrılacağı təqdirdə "Fənərbağça"nın bütün sirlərini açıqlayacağını deyib.
Qeyd edək ki, Joze Mourinyo "Fənərbağça"dan ayılacağı təqdirdə 18 milyon avroya yaxın təzminat alacaq.