"Fənərbağça"nın baş məşqçi postuna gətirmək istədiyi portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə danışıqlarda çətinlik yaranıb.
Oxu.Az "HT Spor"a istinadən xəbər verir ki, tərəflər arasında müqavilə şərtləri ilə bağlı fikir ayrılığı yaranıb.
Məlumata görə, İstanbul klubu portuqaliyalı mütəxəssisə 1.5 illik müqavilə təklif edib, lakin Konseysau 2.5 illik anlaşma istəyib. Konseysaunun tələblərini dəyişməsi və maaş gözləntisini artırması danışıqların irəliləməsinə mane olub.
Bu səbəbdən İstanbul təmsilçisi yenidən yerli mütəxəssislərin namizədliyini nəzərdən keçirməyə başlayıb. Bildirilir ki, siyahıda əsas namizəd Emre Belözoğludur.
Qeyd edək ki, Emre Belözoğlu hazırda "Kasımpaşa"nın baş məşqçisidir. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
