Türkiyə Superliqasının VII turunda "Fənərbağça" səfərdə "Çaykur Rizespor"a 0:3 hesabı ilə qalib gəlib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Marko Asensionun qolu ilə ilk hissəni öndə başa vurub.
İkinci hissədə İrfan Can Kahveci və Oğuz Aydın fərqlənərək komandasının qələbəsini rəsmiləşdiriblər.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Fənərbağça" top fərqinə görə üçüncü pilləyə yüksəlib. 10 xalı olan "Çaykur Rizespor" isə doqquzuncu yerdə qalıb.