Bakıda baş tutacaq “Formula-1” üzrə Avropa Qran Prisi asan olmayacaq.
Oxu.Az xəbər verir ki, bunu “Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso Bakıda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı Şəhər Halqası yolu çox mürəkkəbdir.
“Bakı Şəhər Halqasına nəzər salsaq görərik ki, burada uzun bir küçə var. Pilotlar yolda çox böyük sürət yığmalı, daha sonra surəti kəskin azaltmalıdırlar, çünki irəlidə sərt döngələr var. Bunların öhdəsindən gəlmək, bizim üçün böyük adrenalin hissi yaradacaq”.
Fernando Alonso Avropa Qran Prisinin rəsmi elçisi seçilməsindən çox şad olduğunu bildirib.
“Bu il baş tutacaq “Formula-1” yarışları tam fərqli olacaq. Çünki bolidlərə son iki ərzində ekoloji məhdudiyyətlər tətbiq olunur. Bolidlərə əlavə batareya quraşdırılıb. Buda bolidin çəkisini artırıb.
Bakıda olmağımdan çox şadam. Dünyanı bu sürətli yolunu biz sınaqdan keçirtdik. Yol boyu gözəl otellər və infrastruktur var. Azərbaycanlılar bu yarışları çox bəyənəcəklər. Hər kəsi iyunun 17-19-də Bakıda baş tutacaq Bakı Avropa Qran Prisinə dəvət edirəm”.
Elvin Əhmədov
www.oxu.az