"Aston Martin" komandasını təmsil edən 43 yaşlı ispaniyalı yarış pilotu və ikiqat "Formula-1" çempionu Fernando Alonso 2025-ci il İspaniya Qran-prisinin yekunlarına görə yeni rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
Məlumata görə, Alonso yarışı doqquzuncu yerdə tamamlayaraq 2 xal toplayıb və bununla da "Formula-1" tarixində 21 mövsüm ərzində xal qazanan ilk pilot olub.
Qeyd edək ki, Alonso debütünü 2001-ci ildə "Minardi"nin sükanı arxasında etsə də, həmin il xal qazana bilməyib. İlk xallarını o, 2003-cü ildə "Renault" pilotu kimi əldə edib və mövsümün sonuna qədər 55 xal toplayıb.