"Aston Martin" komandasının hər iki pilotu "Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, əvvəlcə Lens Stroll bolidində yaranan problem səbəbindən 9-cu dövrədə yarışı başa vura bilməyib.
Daha sonra onun komanda yoldaşı Fernando Alonso da mübarizəni dayandırıb.
Qeyd edək ki, hazırda yarışa "Mercedes" pilotu Corc Rassell liderlik edir.
"Maklaren"dən Oskar Piastri ikinci pillədə qərarlaşıb. "Red Bull"dan Maks Ferstappen isə üçüncü sıradadır.