Türkiyə nəhəngi "Qalatasaray" mövsüm sonunda müqaviləsi başa çatan Fernando Muslera ilə yollarını ayıracaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "Qalatasaray" forması ilə 435 oyunda meydana çıxan, səkkizinci dəfə Türkiyə nəhəngi ilə çempionluq qeyd etməyə yaxın olan Fernando Muslera karyerasını ölkəsində başa vurmaq istəyir.
"Qalatasaray" rəsmiləri əfsanəyə çevrilən qolkiperin istəyinə qarşı çıxmayıb və müqaviləyə qarşılıqlı xitam verəcəklərini bildiriblər.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən "Qalatasaray" klubunun şərəfini qoruyur.