ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə telefon danışığı aparıb. Danışıq zamanı atəşkəsin və münaqişəyə son qoyulmasının ABŞ administrasiyasının Ukraynada nizamlanma üzrə əsas prioritetlər olduğunu nəzərə çatdırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, söhbət zamanı Rubio Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Vaşinqtonun mövqeyini təsdiqləyib.
"Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoyulması və dərhal atəşkəsə nail olunmasıdır", - deyə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd edilib.