ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkisində iştirak etmək üçün postunu tərk etməyi planlaşdırır.
Oxu.Az bu barədə "Independent" qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, Rubio Respublikaçılar Partiyasından namizədliyinin irəli sürülməsi uğrunda mübarizəyə hazırlaşır. Onun əsas rəqibi hazrkı vitse-prezident Cey. Di. Vens hesab olunur.
Qeyd olunur ki, ABŞ-nin Hindistandakı səfiri Serciyo Qor Rubiodan sonra dövlət katibi postuna namizəd olub.
Öz növbəsində ABŞ administrasiyası Rubionun yaxın vaxtlarda vəzifəsindən ayrılaraq növbəti prezident seçkisində iştirak üçün hazırlıqlara başlayacağı barədə yayılan məlumatları təkzib edib.
Bu barədə dövlət katibinin ictimaiyyətlə əlaqələr və mətbuat üzrə köməkçisi Dilan Conson "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu, heç bir əsası olmayan və anonim "mənbələrə" söykənən saxta xəbərdir", - deyə Conson bildirib.