Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fernandu Santuş "ova" çıxdı: "Təəccüblənməyin"
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş komandanın heyətində dəyişiklik etmək üçün "ova" çıxıb.
Oxu.Az yerli mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis aşağı liqanı diqqətdə saxlayır, orada forma geyinən bəzi futbolçuları "gözaltı edib".
Fernandu Santuş ötən həftə I Liqanın "Baku Sportinq" - "Difai Ağsu" matçını meydandan izləyib.
70 yaşlı çalışdırıcı I Liqada istedadlı gənclər gördüyünü, onları ölkənin əsas yığmasında görməyin maraqlı olacağını söyləyib:
"Diqqətimi çəkən futbolçuları millinin düşərgəsinə çağırsam, təəccüblənməyin".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Fransa - Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya ilə üz-üzə gələcək.
"Fernandu Santuş" teqi üzrə xəbərlər
- Fernandu Santuşun keçmiş rəqibi: "Portuqaliyalıya buna görə təşəkkür etmək lazımdır"
- UEFA Azərbaycan millisinə xəbərdarlıq edib
- Fernandu Santuş Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək
- Azərbaycan millisinin 2025-ci ildə yoldaşlıq görüşü keçirəcəyi komandalardan biri bəlli olub
- Fernandu Santuş millinin D liqasına yuvarlanmasında günahı özündə görmür
Rəylər