Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukrayna millisinin aparıcı oyunçusu futboldan uzaqlaşdırıldı
Mixail Mudrik narkoloji testdən uğurla keçə bilməyib və futboldan müvəqqəti olaraq uzaqlaşdırılıb. O, həmçinin uzunmüddətli qadağa da ala bilər.
Oxu.Az xəbər verir ki, Mudrikin nümayəndələri Mudrikin narkoloji test nümunəsinin müsbət nəticələnməsi ilə bağlı xəbəri şərh etməyiblər.
Mudrik hələ də "B" nümunəsinin nəticəsini və bu nümunənin "A" nümunəsindəki nəticəni təsdiq edib-etməyəcəyini gözləyir.
Ukrayna millisinin aparıcı futbolçularından hesab olunan Mixail Mudrikin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı oyunları buraxacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi müsbət dopinq testinə görə dördillik diskvalifikasiya ilə üzləşə bilər.
Oyunçunun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə "B" nümunəsinin açılması gözlənilir.
Qeyd edək ki, Mudrik 2023-cü ildən İngiltərənin "Çelsi" klubunda çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir. Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.
Rəylər