"Çelsi" futbol klubunun ukraynalı cinah hücumçusu Mixail Mudrikin antidopinq qaydalarını pozduğuna görə aldığı diskvalifikasiya ləğv olunub. İngiltərə Futbol Assosiasiyası (FA) futbolçu ilə bağlı intizam araşdırmasının başa çatdığını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə FA-nın rəsmi saytında məlumat yayımlanıb.
Jurnalist Bobbi Vinsentin məlumatına görə, Mudrikin yaxın vaxtlarda komandanın Honkonqdakı düşərgəsinə qoşulacağı gözlənilir.
Xatırladaq ki, futbolçu 2024-cü ildə götürülmüş dopinq nümunəsində meldonium izləri aşkar edildikdən sonra müvəqqəti olaraq futboldan kənarlaşdırılmışdı.
2025-ci ilin mayında FA hücumçuya qarşı antidopinq qaydalarını pozmaq ittihamı irəli sürmüşdü. 2026-cı ilin yanvarında isə futbolçu dörd il müddətinə diskvalifikasiya edilmişdi.