"Tottenhem" transfer pəncərəsinin son saatlarında "Çelsi"dən iki futbolçu ilə bağlı anlaşma əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, London klubu ukraynalı hücumçu Mixail Mudriki mövsümün sonuna qədər icarəyə götürəcək. Razılaşmada futbolçunun gələcəkdə alınması üçün məcburi olmayan satınalma opsiyası da yer alacaq.
Mudrik bununla "Tottenhem"in baş məşqçisi Roberto De Zerbi ilə yenidən bir araya gələcək. İtaliyalı mütəxəssis futbolçu ilə "Şaxtyor"da çalışıb.
Bundan başqa, "Tottenhem" "Çelsi"nin müdafiəçisi Tosin Adarabioyonun transferini də razılaşdırıb. 28 yaşlı mərkəz müdafiəçisi London klubuna 7 milyon funt sterlinq və bonuslar qarşılığında keçəcək. Futbolçunun tibbi müayinədən keçməsi gözlənilir.
