“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen “Formula-1” çempionatının vaxtından əvvəl qalibi olub.
O, “Formula-1”in Qətər mərhələsində sprint yarışlarının yekunu üzrə üçüncü dəfə titula sahib çıxıb.
Belə ki, Qətər Qran-prisində sprint yarışında komanda yoldaşı meksikalı Serxio Peres sprinti başa vura bilmədiyi üçün Ferstappen vaxtından əvvəl çempionluğu qazana bilib. Meksikalı 11-ci dövrədə baş verən qəzaya görə sprinti başa vura bilməyib.
Bundan əvvəl 26 yaşlı Ferstappen 2021 və 2022-ci illərdə “Formula 1” yarışında qələbə qazanıb.
Mənbə: RBK
Rəylər