Bakıda keçiriləcək Avropa Oyunları-2015 zamanı yüngül atletika üzrə STREET ATHLETICS Baku 2015 turniri keçiriləcək.
Oxu.Az xəbər verir ki, turnir Fəvvarələr meydanında keçiriləcək, yarışın idman direktoru isə keçmişdə məşhur ukraynalı idmançı, Olimpiada-2000-nin bürünc mükafatçısı Yelena Qovorovadır, o, həmçinin idman jurnalisti, eləcə də Ukraynada bir çox idman hadisələrinin təşkilatçılarından biri və aparıcısı olub.
Yarışlar 24 və 25 iyunda keçiriləcək. 24-də şvüllə tullanma üzrə kişilər və qadınlar arasında turnir keçiriləcək, burada hedlayner cari dünya çempionu alman Rafael Holtsdeppe elan edilib. 25 iyunda hündürlüyə tullanma üzrə yarışlar keçiriləcək (yalnız kişilər).
Yelena Qovorova Xsport.ua-ya Bakı turniri və özünün idman direktoru kimi ilk təcrübəsindən danışıb.
“STREET ATHLETICS Baku 2015 yarışları unikaldır. Birincisi, turnirin özü qədim Fəvvarələr meydanında keçiriləcək, bu, şəhərin qəlbidir. İkincisi yarışlar iki gün keçiriləcək. Birinci gün kişilər və qadınlar şvüllə tullanma üzrə yarışacaqlar. Bundan sonra meydan hündürlüyə tullanma üzrə idmançılara veriləcək. Unikallıq ondan ibarətdir ki, şvüllə tullananların qaçışı düz xətt, hündürlüyə tullananların qaçışı isə əyri xətt üzrədir. Bu təbii ki, meydanın lojistikasını mürəkkəbləşdirir, amma biz bütün idman nüanslarını nəzərə almışıq və konstruksiyanı elə hesablamışıq ki, həm şvüllə tullananlar, həm də hündürlüyə tullananlar üçün rahat olsun.
Bu turnirin hansı yarışlara bənzədiyini demək çətindir. STREET ATHLETICS küçədə keçirilən adi yarışlardan daha prestijli və sanballıdır. O, ilk dəfə keçirilir və ümid edirəm ki, özünə - öz ənənələri olan populyar turnirə bənzəyəcək. Anladığım qədər, ideya çoxdan idi ki, havada idi. Onu həyata keçirməyə təşəbbüskarlar da tapıldı. Bizim hamımız eyni idman növünü təmsil etdiyimiz üçün məqsəd də birdir, yüngül atletikanı populyarlaşdırmaq.
STREET ATHLETICS Baku 2015 iştirakçılarının həm şvüllə, həm də hündürlüyə tullananların tərkibi sanballıdır. Yarışa alman Rafael Holtsdeppe, polyak Petr Lisek, rusiyalı Aleksandr Qripiç, britaniyalı Stiven Lyuis, çex Mixal Balner gələcək. Şvüllə tullananların bir çoxu tamaşaçılara “Şvül ulduzları” Donetsk turnirindən tanışdırlar.
Hündürlüyə tullananların diqqətində bizim Bondarenko və Protsenkodur. Eləcə də güclü rusiyalılar Aleksandr Şustov, Aleksey Dmitrik, çex Yaroslav Baba və d. var.
İdman direktoru kimi mənim funksiyalarım – ilk növbədə yarış üçün optimal iştirakçılar seçmək, sonra idmançılar və menecerlər ilə uçuşdan mehmanxanaya qədər bütün şərtləri razılaşdırmaqdan ibarətdir.
Aydın məsələdir ki, mənim idman təcrübəm bu işdə çox işə yarayacaq, amma bəzi nüanslar da mövcuddur. Mən hər zaman yarışlara az əşya ilə getmişəm. Amma şvül idmançılarına qibtə etməli olmursan. Şvül ilə problem yaranır. Yolu elə hesablamalısan ki, idmançı uçuşda az keçidlərdən istifadə etsin, şvüllərdə gəlib çatsın, uçuşun qiyməti də adekvat olsun. Düzünü deyim ki, bu, elə də asan deyil.
Bu, şvül ilə tullanan idmançılara aiddir, hər bir xırdalıq hesablanmalıdır. Mənim bəxtim gətirib, bu nüansları həll etmək üçün mənə belə yarışların hazırlanması ilə ilk dəfə məşğul olmayan peşəkar yardım edir. Həm də keçmiş idmançı olmur. Startda çıxış etdiyimiz uşaqlar indi məşqçi kimi çıxış edirlər. Suallar yarandıqda isə çıxış yolunu göstərir və yardım edirlər.
Eləcə də yarışların promokampaniyası, açılış konsepsiyası və s. ilə məşğul olurlar. Ümumiyyətlə, iş yetərincədir. Amma mənim üçün bu, idmançı kimi starta hazırlıqdır. İş çox maraqlı və məsuliyyətlidir. Turnirin yüksək səviyyədə keçməsini, insanların yarışları səbirsizliklə gözlədikləri teatr premyeraları kimi gözləmələrini, idmançıların isə STREET ATHLETICS-ə məmnuniyyətlə gəlmələrini istəyirəm.
F.H.
www.oxu.az