FIFA 2026-cı il dünya çempionatının (DÇ-2026) yarımfinalında İngiltərə yığması üzərində qazanılan qələbədən (2:1) sonra Argentina milli komandasının oyunçularının meydanda Folklend (Malvin) adaları haqqında ifadənin yazıldığı plakat nümayiş etdirmələrinə görə Argentina Futbol Assosiasiyasına qarşı intizam icraatına başlayıb.
Oxu.Az xəbər verir ki, "Sky" jurnalisti Rob Harris bu barədə FIFA-nın bəyanatına istinadən "X" sosial şəbəkəsində yazıb.
Futbolçular meydana üzərində "Malvin adaları Argentinanındır" yazılmış şüar çıxarmışdılar.
Həmçinin qeyd olunur ki, FIFA Argentina millisinin oyunçuları Nauel Molina, Leandro Paredes və Tyaqo Almadaya qarşı DÇ-2026-da İspaniya ilə final matçından (əlavə vaxtda 0:1) sonrakı davranışlarına görə araşdırmaya başlayıb. Oyundan sonra Paredes əvvəlcə müdafiəçi Erik Qarsiyanın boğazından yapışıb, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib. Molina isə qələbəni qeyd edən ispan Rodrini vurub yıxmağa cəhd edib.
Xatırladaq ki, Argentina və Böyük Britaniya Folklend (Malvin) adaları ətrafında ərazi mübahisəsini davam etdirirlər. Buenos-Ayres arxipelaqı öz ərazisi hesab edir, London isə 1833-cü ildən adalar üzərində nəzarəti həyata keçirir. 1982-ci ildə bu mübahisə Böyük Britaniyanın qələbəsi ilə başa çatan silahlı münaqişəyə çevrilib. O vaxtdan bəri Argentina BMT mexanizmləri vasitəsilə adaların statusuna yenidən baxılmasına nail olmağa çalışır.