Keçmiş futbolçu və məşqçi, “Bavariya” klubunun fəxri prezidenti Frants Bekkuebauerə futbola aid istənilən fəaliyyəti 90 gün qadağan edilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, FİFA-nın etika komitəsi buna səbəb kimi onun istintaqla əməkdaşlıqdan imtina etməsini göstərib.
Xatırladaq ki, 2022-ci ildə dünya çempionatı Qətərdə keçiriləcək. 2010-cu ildə keçirilən səsvermə zamanı futbol məmurlarının “alındığı” iddia edilir. Onda Bekkuebauer FİFA İcraiyyə Komitəsinin üzvü olub.
Xatırladaq ki, FİFA Qətərə lobbiçilk edilməsi ilə bağlı irəli sürülən iddiaları rədd edir.