Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzi ilə sığorta şirkətlərində xidmət göstərən personalın iş keyfiyyətini artırmaq sahəsində əməkdaşlıq etməyi planlaşdırır.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bunu cümə günü ASA rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “ASAN xidmət”in müştərilərə xidmət göstərilməsində böyük təcrübəsi var və mövcud potensial treninq və seminarlar keçirməklə sığorta bazarında istifadə edilə bilər:
“Bu prosesi sürətləndirmək üçün maksimum səy göstəririk. Bu məqsədlə tədris mərkəzinin işə salınması planlaşdırılır. Mərkəz ASA yanında fəaliyyət göstərəcək. Sığorta agentlərinin əsas vəzifələri müştərilərlə ünsiyyət olan personaldır. İnsanlar informasiyanı ilkin mənbədən qəbul edə bilərlər, mötəbər informasiyanı isə daha ixtisaslı əməkdaşdan qəbul etməyə bilərlər. Buna görə də müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün xarici mütəxəssislərin cəlb edilməsi planlaşdırılır”.
ASA rəhbəri qeyd edib ki, sığorta agentlərinin peşəkarlıq səviyyəsinin artırılması onlara kiçik sahibkarlar qismində formalaşmağa imkan verəcək:
“Dünya təcrübəsi göstərir ki, ilkin mərhələdə satış həcminin artırılması üçün say artımı vacibdir, lakin xidmətin keyfiyyətinə də diqqət yetirmək lazımdır. Bu, bir çox ölkələrdə etalon hesab edilir və onun Azərbaycanda tətbiq edilməsi lazımdır”.
Qeyd edək ki, hazırda Azərbaycanda təxminən 800 sığorta agenti işləyir.(Trend).