Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2020-ci ildə keçirilməsi nəzərdə tutulan futzal üzrə dünya çempionatını koronavirus pandemiyası səbəbi ilə təxirə salıb.
Oxu.Az xəbər verir ki, bu yarış 2021-ci ildə keçiriləcək.
Turnir 2021-ci il 12 sentyabr - 3 oktyabr aralığında Litvada baş tutacaq.
Hələlik meydan sahibi Litvadan başqa, dünya çempionatında iştirak edəcək komandaların adları müəyyənləşməyib.
Qeyd edək ki, əvvəl yarışın bu il 12 sentyabr - 4 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu.