Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

FIFA “İlin ən yaxşı kişi məşqçisi” adına namizədləri açıqladı - FOTO
FIFA “The Best Men’s Coach” - 2023-cü ilin ən yaxşı kişi məşqçisi mükafatına namizəd olan beş məşqçinin adını açıqlayıb.
“Ən yaxşı” mükafatına namizədlər siyahısına beş baş məşqçi - ispaniyalı Xosep Qvardiola (“Mançester Siti”) və Xavi (“Barselona”), italiyalılar Simone İnzaqi (“İnter”) və Luçano Spaletti (“Napoli” və İtaliya millisi), eləcə də avstraliyalı Anqelos Postekoqlu (“Tottenhem Hotspur”) daxil olub.
“Best FIFA Football Awards” mükafatları hər il dünyanın ən populyar idman növünün ən görkəmli nümayəndələrini ortaya çıxarır. Bu, məşqçilər və futbolçular üçün təkcə ən yüksək mükafat deyil, həm də orada ən fəal şəkildə iştirak edən futbol azarkeşlərinin tanındığı bayramdır”, - deyə FIFA-nın saytında bildirilib.
Ötən il “Ən yaxşı məşqçi” adına Argentina millisi ilə Qətərdə keçirilən Dünya Çempionatının qalibi olmuş Lionel Skaloni layiq görülüb.
Qalib azarkeşlər, jurnalistlər, milli komandaların kapitanları və məşqçiləri arasında səsvermə nəticəsində müəyyənləşəcək.
Mənbə: Championat.com
"Argentina" teqi üzrə xəbərlər
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- Argentinada 18 yaşından kiçik şəxslərlə bağlı mühüm qərar qəbul edildi
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Argentinada turistlərin gözü qarşısında aysberq çevrilib